"Qarabağ"ın rəqibi evdə sevindi

18:53 - 23 Oktyabr 2016

Çexiya çempionatında 11-ci tura start verilib.

 

Sportal.az xəbər verir ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən “Slovan” (Liberets) evdə “Hradeç” klubuyla qarşılaşıb. Liberets təmsilçisi Bartlın dubluyla 2:0 hesabıyla qalib gəlib.

 

Bu oyundan sonra hesabındakı xalların sayını 12-yə çatdıran “Slovan” 11-ci pillədə qərarlaşıb.

 

Çexiya çempionatı, 11-ci tur
23 oktyabr

 

Slovan - Hradeç  2:0
Qollar:
Bartl, 69; 79.

Xəbər xətti