"Real" liderliyə yüksəldi VİDEO

01:13 - 24 Oktyabr 2016

İspaniya La Liqasında 9-cu tura yekun vurulub.  

 

Sportal.az xəbər verir ki, turun son oyununda isə “Real” evdə “Atletik”i sınağa çəkib. "Kral klubu" Bilbao təmsilçisiylə oyunda çətinliklə qalib gəlib. Zinəddin Zidanın yetirmələri Alvaro Moratanın 83-cü dəqiqədə vurduğu qolla oyundan 3 xalla ayrılıblar. Bu qələbəylə "Real" turnir cədvəlində yenidən zirvəyə yüksəlib.

 

“Real” – “Atletik”  2:1
Qollar:
Benzema, 7. Morata, 83 - Merino, 27

 

Xəbər xətti