"Qarabağ"ın rəqibi liderə məğlub oldu

01:41 - 24 Oktyabr 2016

Yunanıstan Super Liqasında 8-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən PAOK səfərdə “Olimpiakos”la qarşılaşıb. Bir neçə gün öncə Bakıda Ağdam təmsilçisinə məğlub olan (0:2) Saloniki təmsilçisi oyunda erkən qol vursa da, bu üstünlüyünü qoruyub saxlaya bilməyib. Oyunda hesabı açan Varela sonradan öz qapısını dəqiq nişan alıb.


Qarşılaşma son dəqiqələrə kimi bu hesabla davam edir. Ancaq hakimin oyuna əlavə etdiyi 7-ci dəqiqədə meydan sahiblərinin 2-ci qolu vurması azarkeşlər arasında qarşıdurmaya səbəb olub. Bundan sonra oyunun baş hakimi matçı yarımçıq dayandırıb. Bir neçə dəqiqəlik fasilədən sonra hakim oyunun bitdiyini elan edib. 

 

Hazırda hesabında 8 xal olan PAOK 7-ci pillədə qərarlaşıb.

 

Xəbər xətti