Hamza Hamzaoğlu millimizin üzvünü kollektivdən ayırdı

00:53 - 25 Oktyabr 2016

Milli komandamızın üzvü Dəniz Yılmazın şərəfini qoruduğu "Bursaspor" Türkiyə kuboku çərçivəsində "Yormaspor"la keçiriləcək matçın hazırlıqlarını davam etdirir.

 

Sportal.az xəbər verir ki, yüngül zədəsi olan millimizin forvardı kollektivlə birgə məşqlərdə iştirak etməyib. Baş məşqçi Hamza Hamzaoğlu Dəniz Yılmaz və daha 6 futbolçunun fərqdi məşq etməyini uyğun bilib. 28 yaşlı forvard sabahdan komanda ilə birgə məşqlərə qoşula biləcək.

 

Qeyd edək ki, "Bursaspor" - "Yormaspor" matçı 26 oktyabr tarixində Bakı vaxtı ilə saat 22:00-da baş tutacaq.

Xəbər xətti