"Qəbələ" xal itirdi, "Neftçi" yenə uduzdu YENİLƏNİB

20:53 - 25 Oktyabr 2016

Bu gün Azərbaycan Premyer Liqasında 9-cu tura yekun vurulub.

 

Sportal.az xəbər verri ki, son oyun günündə iki görüş keçiriləcək. Lider “Qəbələ” səfərdə “Sumqayıt”ın qonağı olub. Matç 2 - 2 hesablı bərabərliklə yekunlaşıb.

 

Tura isə əzəli rəqiblərin dueli ilə yekun vurulub. Çempionata uğursuz başlayan “Neftçi” öz meydanında “Qarabağ”ı qəbul edib. Qarşılaşma qonaqların 2 - 0 hesablı qələbəsi ilə başa çatıb.

 

25 oktyabr

 

16:00 “Sumqayıt” – “Qəbələ”  2:2

QOL: Yusif Nəbiyev, 46, Amil Yunanov, 90+5 (pen) - Rəşad Eyubov, 64, Filip Ozobiç, 73
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cavanşir Yusifov, Azər Əsgərov
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Rövşən Əhmədov
“Kapital Bank Arena”

 

19:00 “Neftçi” – “Qarabağ” 0:2 

QOL: Rahid Əmirquliyev, 29, Jairo Rodriqes, 90

Qırmızı vərəqə: Katalin Tira, 90+1

Hakimlər: Ramil Diniyev, Mehman Mahmudov, Akif Əmirəli, Knyaz Əmiraslanov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Əli Hüseynov
“Bakcell Arena”

Xəbər xətti