Millimiz İngiltərə ilə bacarmadı

01:05 - 26 Oktyabr 2016

17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması ilk oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, millimiz İngiltərə ilə qarşılaşıb. Matç ingilislərin 2 - 0 hesablı qələbəsi ilə yekunlaşıb. Qrupun digər oyununda Avstriya Rumıniyaya 2:1 hesabıyla qalib gəlib.

 

Komandamız turnirdə növbəti oyununu oktyabrın 27-də Avstriya yığmasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Xəbər xətti