Millimiz mövqeyini qorudu

13:10 - 26 Oktyabr 2016

Futzal üzrə milli komandaların yeni reytinq siyahısı açıqlanıb.
 
Sportal.az xəbər verir ki, millimizin mövqeyində dəyişiklik olmayıb. Futzalçılarımız dünya reytinqində 1435 xalla 10-cu pillədə qərarlaşıb.

 

Millimizin AÇ-2018-in final mərhələsindəki rəqiblərindən olan Macarıstan 1213 xalla 26-cı, Bosniya və Herseqovina 1135 xalla 36-cıdı.


Qeyd edək ki, siyahıya  Braziliya yığması başçılıq edir. Son Avropa çempionu İspaniya 2-ci pillədədir. Rusiya yığması isə 3-cü pillədə yer alıb. DÇ-2016-nın qalibi olan Argetina isə 4-cü pillədə qərarlaşıb.

Xəbər xətti