"Çelsi"nin oyununda azarkeşlər həbs olundu

19:31 - 27 Oktyabr 2016

İngiltərə liqa kubokunda keçirilən “Vest Hem” - “Çelsi” oyununda (2:1) insident baş verib.

 

Sportal.az xəbər verir ki, London derbisində azarkeşlər arasında qarşıdurma yaşanıb. Qarşılaşmanın başa çatmasına bir neçə dəqiqə qalmış azarkeşlər arasında kütləvi dava başlayıb.

 

Azarkeşlər bir-birlərinə oturacaqlar, su qabları atıblar. Stadionun təhlükəsizliyə cavabdeh əməkdaşları vəziyyəti nizamlaya bilməyiblər.

 

Hadisəyə polis müdaxilə etməli olub. Dava-dalaş nəticəsində bir neçə nəfərin yaralandığı bildirilir. Polis 4 azarkeşi həbs edib. Daha 7 nəfər isə axtarışdadı.

Xəbər xətti