"Zirə"də istirahət

12:21 - 7 Noyabr 2016

"Zirə" Premyer Liqanın XI turunda "Qarabağ"a 0:2 hesabı ilə uduzub.
 
Sportal.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Adil Şükürov komandaya iki günlük istirahət verib. "Zirə" noyabrın 9-da bir araya gələrək Premyer Liqanın XII turunda qarşılaşacağı "Qəbələ" ilə matçın hazırlıqlarına start verəcək.

 

Toplanışda milliyə dəvət alan Anar Nəzirov və Elvin Məmmədov iştirak etməyəcək.

 

Xəbər xətti