"Sumqayıt" AZAL-la oyuna iki itki ilə hazırlaşır

Premyer Liqanın son turunda "Neftçi" üzərində qələbə qazanan "Sumqayıt" 2 günlük istirahəti başa vurub.

 

Sportal.az xəbər verir ki, sözügedən komana bu gün "Kapital Bank Arena"da AZAL-la qarşılaşmanın hazırlığına start verib.

 

Son oyunda zədə almış Rail Məlikov və U-21 millisindən zədəli qayıdan Yusif Nəbiyev kollektivdən ayrı çalışıb.

 

"Sumqayıt"ın növbəti məşqi noyabrın 24-də saat 11-də olacaq.

 

Qeyd edək edək ki, Premyer Liqanın 13-cü turunda "AZAL Arena"da baş tutacaq AZAL - "Sumqayıt" oyunu noyabrın 27-də keçiriləcək və saat 16:00-da start götürəcək.

Tarix: 23 Noyabr [14:48]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
27 May 2017
26  May 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio