"Simurq"un sabiq icraçı direktoru "Şəmkir"də

15:34 - 1 Dekabr 2016

Premyer Liqaya çıxmağı qarşısına məqsəd qoyan "Şəmkir" Futbol Klubunda yeni təyinat gerçəkləşib.

 

Sportal.az xəbər verir ki, tarixində 3 dəfə Azərbaycan çempionu olan kluba yeni idman direktoru təyin olunub. Artıq bu vəzifəni futbol ictimaiyyətinə tanış olan bir sima, Vaqif Əliyev icra edəcək. 

 

Xatırladaq ki, Vaqif Əliyev daha öncə "Simurq"da icraçı direktor və klubun prezidentinin müşaviri vəzifəsində çalışıb.

Xəbər xətti