"Şəmkir" hücumçu transfer etdi

16:34 - 8 Dekabr 2016

Premyer Liqya yüksəlməyi hədəfləyən "Şəmkir" klubu heyətini daha bir futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, komanda "Turan Tovuz"da çıxış edən Vusal Qarayevi heyətinə cəlb edib. Futbolçuyla rəsmi müqavilə imzalayıb. 

 

Xatırladaq ki, "Şəmkir" bir neçə gün öncə "Şərurspor"un hücumçusu Fərmayıl Əliyevlə müqavilə imzalamışdı.

Xəbər xətti