"Zenit" braziliyalı futbolçu ilə gücləndi

15:25 - 16 Dekabr 2016

“Zenit” yeni transferlə heyətini gücləndirib.

 

Sportal.az xəbər verir ki, Sankt-Peterburq klubu Braziliyanın “Atletiko Paranaense” komandasının yarımmüdafiəçi Ernanini heyətinə cəlb edib. 22 yaşlı braziliyalı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

 

Bu transferin "Zenit"ə 10 milyon avroya başa gəldiyi bildirilir.


Ernani bu mövsüm komandasının heyətində 24 oyuna 4 qol vurub.

Xəbər xətti