"Neftçi" - AZAL matçının yeri dəyişdi

18:32 - 16 Dekabr 2016

Azərbaycan Premyer Liqasının 14-cü turunun “Neftçi” - AZAL oyununun məkanı dəyişdirilib.

 

Sportal.az xəbər verir ki, oyun əvvəlcədən nəzərdə tutulduğu kimi, 8-ci km stadionunda deyil, “Dalğa Arena”da keçiriləcək. Buna səbəb 8-ci km stadionunun ot örtüyünün yağan qar səbəbindən yararsız hala düşməsidi. Odu ki, Peşəkar Futbol Liqası “Neftçi” klubunun xahişinə əsasən “Neftçi” - AZAL matçının “Dalğa Arena”da keçirilməsinə razılıq verib.

 

Qarşılaşma sabah saat 16:00-da “Dalğa Arena”da start götürəcək.

Xəbər xətti