"Neftçi"nin xoşbəxt etdiyi AZAL

12:54 - 19 Dekabr 2016

AZAL qələbəsiz oyunlar seriyasına son qoyub.

 

Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi mövsümdə ilk qələbəsini Azərbaycan Premyer Liqasının XIV turunun “Neftçi” ilə səfər oyununda əldə edib. 1:0 hesabı ilə qalib gələn Tərlan Əhmədovun yetirmələri 17 matçlıq qələbəsizlik seriyasına son qoyub. Belə ki, AZAL cari mövsümün əvvəlki 13 qarşılaşmasından başqa, ötən çempionatın son 4 görüşündə də qalib gələ bilməmişdi. Bu il aprelin 30-da “Xəzər Lənkəran”la ev qarşılaşmasında qələbə qazanan AZAL 231 gündən sonra 3 xal qazanmağı bacarıb. Bu, klub tarixində 2-ci belə uğursuzluqdur. 2014-cü ildə bakılılar daha çox – ardıcıl 20 görüşdə qələbəyə həsrət qalmışdı. 2013/14 mövsümünün son 18 matçında yaşanan bu seriya 2014/15 mövsümünün ilk iki oyununda da davam etmişdi.

 

Qeyd edək ki, 17 oyunluq qələbəsizlik seriyası zamanı AZAL 6 heç-heçə edib və 11 dəfə uduzub.

 

Xəbər xətti