"Şəmkir" "Zirə"nin futbolçusunu transfer etdi

16:56 - 20 Dekabr 2016

I Divizion təmsilçisi "Şəmkir" əvvəlki qüdrətini geri qaytarmaq üçün transfer çalışmalarına davam edir.

 

Sportal.az xəbər verir ki, komandanın növbəti transferi "Zirə" klubuna məxsus İsa Cəbiyevdir. Futbolçu yarımmüdafiəçidir.

 

"Bakı" Futbol Klubunun yetirməsi olan İsa Cəbiyev icarə əsasında "Ağsu"da oynayıb. Daha sonra "Zirə"yə transfer olunan futbolçu artıq "Şəmkir"in uğurları üçün meydanda tər tökəcək.

Xəbər xətti