Zaur Svanadze: "Meydança acınacaqlı vəziyyətdə idi"

16:27 - 21 Dekabr 2016

Ölkə Kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşması çərçivəsində "Kəpəz"lə səfər qarşılaşmasında qolsuz bərabərliyə qalan "İnter"in baş məşqçisi Zaur Svanadze mətbuat konfransı keçirib.

 

Sportal.az xəbər verir ki, gürcü mütəxəssis faciəvi meydançada yetirmələrinin əzmkarlığını xüsusi qeyd edib.

 

- Meydança acınacaqlı vəziyyətdə idi. Buna baxmayaraq, uşaqlar əzmkarlıq göstərdilər. Demək olar ki, rəqibə fərqlənmək üçün imkan vermədilər. Bircə top qapı dirəyindən döndü. Qalan dəqiqələrdə isə rəqib yalnız standart vəziyyətlərə bel bağladı. Çempionatın ilk yarısından da razıyam. İndi dincəlmək vaxtıdı. Sonra isə başladığımız işi həm Kubokda, həm də çempionatda davam etdirəcəyik.

 

- Oyunun sonlarında 7 müdafiəçiylə oynadınız...

- Final fitinə yaxın düşündüm ki, ümumiyyətlə, qol buraxmasaq yaxşıdı. Elə bu üzdən də Adrian Skarlatakeni də meydana buraxdım. (Futbolinfo.az)

Xəbər xətti