İntizamsızlığa görə AZAL-dan qovuldu

11:33 - 23 Dekabr 2016

Qış fasiləsinə sonuncu pillədə yollanan AZAL daha bir futbolçusu ilə yolları ayırıb.

 

Sportal.az-ın əldə etdiyi məlumta görə, söhbət David Canelizdeden gedir. Buna səbəb futbolçunun intizamsız davranışları olub. Onun hərəkətləri baş məşqçi Tərlan Əhmədovu qane etməyib. Təcrübəli mütəxəssisin qəzəbinə tuş gələn gürcü forvarda qapı göstərilib.


Qeyd edək ki, çempionatda yeganə qələbəsini "Neftçi" üzərində qazananan AZAL-ın qələbə qolunun müəllifi məhz Canelidze olub.


Əlavə edək ki, "təyyarəçilər" Brayn Fok və Adan Koronado ilə də yolları ayırıb.

 

Xəbər xətti