40 milyon avroluq təklifə "yox" dedilər

19:43 - 27 Dekabr 2016

İtaliyanın "Fiorentina" klubu futbolçusu Nikola Kaliniçi Çin klublarından birinə satmaqdan imtina edib. 

 

Sportal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Çinin ikinci liqa təmsilçisi “Tyantszin Syuantsyan” xorvat hücumçuya görə Florensiya təmsilçisinə 40 milyon avro təklif edib. Lakin “Fiorentina” bu şərti qəbul etməyib. Kaliniçin təzminat qiymətinin 50 milyon avro olduğu bildirilir.

 

Xorvatiya millisinin üzvü cari il ərzində Avropa Liqasının qrup mərhələsində təmsilçimiz "Qarabağ"a qarşı matçlarda iştirak edib. O, Florensiyada baş tutan matçda "Qarabağ"ı məyus etməyi də bacarıb. 

 

Qeyd edək ki, Kaliniç bu mövsüm A seriyasında 18 oyunda 8 qol vurub və 1 qolun otürməsini edib. 

Xəbər xətti