"Beşiktaş" kubokda qələbə qazandı VİDEO

00:29 - 28 Dekabr 2016

Türkiyə kubokunda qrup mərhələsinin 4-cü turunun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, "Beşiktaş" doğma meydanda I Liqada mübarizə aparan "Boluspor"u qəbul edib. Qarşılaşma İstanbul təmsilçisinin 2 - 0 hesablı qələbəsiylə başa çatıb.

 

Bu qələbə sayəsində xallarını 10-a çatdıran "Beşiktaş" qrup liderliyini davam etdirib.

 

"Beşiktaş" - "Boluspor" 2:0

QOLLAR: Anderson Talişka, 34, Ömər Şişmanoğlu, 73

 

Xəbər xətti