Millimizin üzvünün komandası kubokda məğlub oldu

16:46 - 28 Dekabr 2016

Futbol üzrə Türkiyə Kubokunda qrup mərhələsinin dördüncü turunun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, D qrupunda yer alan Azərbaycan yığmasının futbolçusu Ufuk Budaqın çıxış etdiyi "Kayserispor" da növbəti səfərdə "Darica Gənclərbirliyi" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan 1- 2 hesablı məğlubiyyətlə ayrılıb. Baş məşqçi Ufuk Budakın adını bu matçın iştirak ərizəsinə daxil etməyib.

 

Qeyd edək ki, dörd turdan sonra Kayseri təmsilçisi 6 xalla qrup ikincisidi.

Xəbər xətti