Səlahət Ağayev: "Neftçi"yə konkret cavab verməmişəm"

14:56 - 29 Dekabr 2016

Namiq Ələsgərov və George Navalovski transferini rəsmiləşdirən "Neftçi"nin daha bir futbolçu ilə razılığa gəldiyi bildirilir.

 

Sportal.az Futbol11.az-a istinadən xəbər verir ki, söhbət "İnter"in qapıçısı Səlahət Ağayevdən gedir. 
Deyilənə görə, 25 yaşlı qolkiper artıq "ağ-qaralar"la razılıq əldə edib. Ancaq açıqlama verən əlcək sahibi "Neftçi"yə konkret cavab vermədiyini, "İnter" rəhbərliyi ilə görüşü gözlədiyini bildirib:

 

"Bir daha bildirirəm ki, mənim mövsümün sonuna qədər "İnter"lə müqaviləm var. Yeni ildən sonra klub rəhbərliyi futbolçularla görüşəcək. Təbii ki, bu klubun yetirməsi olduğum üçün, "İnter"də qalmağa üstünlük verərəm. Mənim üçün ilk növbədə hazırda çıxış etdiyim klubun rəhbərliyinin fikri önəmlidi. Buna görə də məni heyətində görmək istəyən "Neftçi"yə konkret cavab verməmişəm. Bir daha qeyd edim ki, "Neftçi" ilə anlaşdığıma dair yayılan xəbərlər həqiqəti əks etdirmir. Bu, şaiyədən başqa bir şey deyil".

 

Xəbər xətti