Budaq Nəsirov oynadı, komandası məğlub oldu

00:04 - 31 Dekabr 2016

Portuqaliya Sequndasında 20-ci turun qarşılaşmaları keçirilir.

 

Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Budaq Nəsirovun çıxış etdiyi "Sportinq"in B komandası səfərdə "Akademika"nın qonağı olub. Matç meydan sahiblərinin 1 - 0 hesablı qələbəsiylə başa çatıb.

 

Budaq Nəsirov görüşə ehtiyat oyunçular skamyasında başlayıb. O, oyunun 47-ci dəqiqəsində meydana daxil olub və sonadək mübarizə aparıb.

 

Qeyd edək ki, 20 turdan sonra aktivində 25 xal olan "Sportinq" turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Xəbər xətti