"Qəbələ"dən ayrılan futbolçu rəsmən "Zirə"də

15:28 - 1 Yanvar 2017

“Zirə” dövrələrarsı fasilədə ilk transferini reallaşdırıb.

 

Sportal.az xəbər verir ki, "qartallar" müdafiə xəttini gücləndirmək məqsədi ilə Sadiq Quliyevlə müqavilə imzalayıb. Anlaşmaya əsasən, Sadiq cari mövsümün sonuna qədər “Zirə”nin formasını geyəcək.

 

Sadiq Quliyev ötən mövsüm də komandamızın heyətində çıxış edib. Daha sonra müqavilə ilə məxsus olduğu “Qəbələ”yə dönən gənc müdafiəçi bu dəfə azad transfer kimi “qartallar”ın sıralarına qoşulub.

 

Qeyd edək ki, Sadiq Quliyevin "Qəbələ"dən ayrıldığı haqda ilk məlumatı Sportal.az saytı yaymışdı. (http://sportal.az/news/80234)

Xəbər xətti