İspaniya klubunda yeni baş məşqçi

17:51 - 5 Yanvar 2017

İspaniya La Liqasında mübarizə aparan "Osasuna" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib. 

 

Sportal.az xəbər verir ki, Sadar təmsilçisi Petar Vasilyeviçə tapşırılıb.  Serbiyalı çalışdırıcı bu postda bir müddət öncə istefaya göndərilən Xoakin Kapparosu əvəzləyib. 

 

1994/95 və 1999/2000-ci illərdə "Osasuna"da oynamış Vasilyeviç mövsümün sonuna qədər komandanın "sükanı arxasında" olacaq. 

 

Qeyd edək ki, "Osasuna" hazırda La Liqada sonuncu pillədə qərarlaşıb. Komandanın aktivində cəmi 7 xal var.

Xəbər xətti