Koutinyonun qayıdacağı tarix müəyyənləşdi

19:08 - 6 Yanvar 2017

Bir müddətdi zədə səbəbindən komandasına kömək edə bilməyən Filipe Koutinyonun yaşıl meydanlara qayıdacağı tarix müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, "Liverpul"un braziliyalı futbolçusu artıq məşqlərə başlayıb. 22 yaşlı yarımmüdafiəçi yanvarın 15-də Premyer Liqanın 21-ci turu çərçəvəsində baş tutacaq "Mançester Yunayted"lə matçda meydana çıxa biləcək.

 

Qeyd edək ki, Braziliya millisinin üzvü İngiltərə Premyer Liqasının XIII turunda "Sanderlend”lə qarşılaşmada (2:0) zədələnmişdi.

Xəbər xətti