"Neftçi"nin yeni transferi: "Qarşımızda konkret hədəflər var"

18:43 - 7 Yanvar 2017

“Təbii ki, bura gəlməmişdən öncə “Neftçi” haqqında məlumat toplamışdım. Bilirəm ki, zəngin tarixi olan bir komandanın üzvüyəm". 

 

Sportal.az xəbər verir ki, bu sözləri “Neftçi”nin Çexiyanın “Slovan” klubunda transfer etdiyi futbolçu Zdenek Folprext paytaxt təmsilçisinin rəsmi saytına açıqlamasında deyib. 

 

O, kollektivə tez uyğunlaşmasını özü üçün gözlənilməz sayıb:

 

“Komandaya belə tez uyğunlaşacağımı düzü heç gözləmirdim. Bu, mənim üçün yaxşı mənada sürpriz oldu. Qarşımızda konkret hədəflər var. "Neftçi” çempionatın daha yüksək pillələrində qərarlaşmalıdı. Hamımız bunu istəyirik. Üstəlik, ölkə kubokunda da mübarizəmizi davam etdiririk. Komandada mənimlə yanaşı, bir neçə yeni futbolçu var. Çalışırıq ki, uyğunlaşma dövrünü mümkün qədər tez keçək. Hər şey yaxşı olsa, bu komandada daha uzun müddətə qalıb oynamaq istəyərəm”.

Xəbər xətti