"Beşiktaş"dan ikinci transfer

16:59 - 10 Yanvar 2017

"Beşiktaş" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, "qara qartallar" Ukraynanın “Zarya” klubunun müdafiəçisi Eduard Sobolu transfer edib. Müqavilə ilə Donetsk "Şaxtyor"una məxsus olan 21 yaşlı futbolçu ilə 6 aylıq icarə müqaviləsi imzalanıb. Ukrayna millisinin üzvü İstanbul klubunda yarım mövsüm ərzində  300 min avro qazanacaq.

 

Xatırladaq ki, "Beşiktaş" qış transfer pəncərəsində "Deportivo"dan Ryan Babeli də transfer edib.

Xəbər xətti