"Səbail" növbəti transferini rəsmiləşdirdi

23:00 - 10 Yanvar 2017

Mirzağa Hüseynpurun "Səbail"lə razılığa gəldiyi haqda məlumat vermişdik.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi paytaxt klubu ilə 1 illik müqavilə imzalayıb.

 

Qeyd edək ki, Rusiyanın "Rostov" klubunun yetirməsi olan Mirzağa Hüseynpurun son klubu AZAL olub. Bunadək Hüseynpur Rusiyada "Mitos", ölkəmizdə isə "Sumqayıt", "İnter", "Simurq" komandalarının şərəfini qoruyub. O, eyni zamanda U-21 millimizin də formasını geyinib.

 

Xəbər xətti