Fernando Torres aşağı liqa klubuna keçir

İspaniya millisinin üzvü Fernando Torres Madridin "Atletiko" klubunu tərk etməyə hazırlaşır. 

 

Sportal.az xəbər verir ki, təcrübəli futbolçu karyerasını yenidən İngiltərədə davam etdirəcək. "Marca" və "El Mundo Deportivo" qəzetlərinin yaydığı xəbərə görə, onun xidmətində İngiltərə çempionşipində mübarizə aparan "Nyukasl" klubu maraqlıdır. Belə ki, hazırda komandanın baş məşqçisi vaxtı ilə "Liverpul"da Torresin məşqçisi olmuş Rafael Benitesdir. Təcrübəli çalışdırıcı sabiq futbolçusunun transferini israrla istəyir. 

 

Sözügedən mənbələrdə yer alan məlumata görə, "Atletiko" ilə yayda müqaviləsi başa çatacaq 32 yaşlı hücumçu yay bu ay, ya da iyul ayında "Nyukasl"la münasibətlərini rəsmiləşdirəcək. 

Tarix: 11 Yanvar [17:57]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Oktyabr 2017
19  Oktyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio