Millimizin üzvü Türkiyədə klub dəyişir

13:53 - 12 Yanvar 2017

Milli komandamızın üzvü Ufuk Budak klubunu dəyişə bilər. 

 

Sportal.az xəbər verir ki, 27 yaşlı futbolçu Türkiyə Superliqasında mübarizə aparan "Kayserispor" klubundan ayrılmağa hazırlaşır.

 

Türkiyə mətbuatının yaydığı xəbərə görə, Ufukun xidmətində I liqanın liderlərindən biri olan "Yeni Malatyaspor" klubu maraqlıdır. "Kayserispor"la 2018-ci ilin yayına qədər müqaviləsi olan sol cinah müdafiəçisinin Malatya təmsilçisinə icarə əsasında keçəcəyi gözlənilir.

 

Qeyd edək ki, "Yeni Malatyaspor" I liqanın ilk dövrəsini lider "Göztəpə"dən 1 xal geridə başa vurub.

 

Xəbər xətti