Budaq Nəsirovun komandası liderə qarşı

14:49 - 15 Yanvar 2017

Bu gün Portuqaliya Sequndasında XXII turun oyunları davam edəcək. 

 

Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Budaq Nəsirovun formasını geyindiyi "Sportinq"in B komandası səfər matçına çıxacaq. Lissabon təmsilçisi səfərdə çempionatın lideri "Portimonense"nin qonağı olacaq. 

 

Görüş Bakı vaxtı ilə saat 15:15-də başlayacaq.


Son vaxtlar "Sportinq"in heyətində ən yaxşılardan olan gənc futbolçunun bu matçda da şans qazanacağı gözlənilir.

 

Qeyd edək ki, Nəsirov komandanın heyətində 13 oyun keçirib və 1 qol vurmağı bacarıb.

 

Xəbər xətti