Srnadan "Barselona" açıqlaması: "Bu, peşəkarlıq olmaz"

16:30 - 15 Yanvar 2017

Ukraynanın "Şaxtyor" klubunun kapitanı Dario Srna gələcək karyerası ilə bağlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, xorvatiyalı müdafiəçi Donetsk təmsilçisində qalacağını açıqlayıb. Adı "Barselona" ilə hallanan təcrübəli oyunçu məsələyə belə münasibət bildirib:

 

"Ürəyimin səsini dinlədim və "Şaxtyor"da qalmağa üstünlük verdim. Bu qərarıma görə çox xoşbəxtəm. "Barselona" ilə məsələyə şərh vermək istəmirəm. Bu, peşəkarlıq olmaz. Önəmli olan "Şaxtyor"da qalmağımla bağlı qərarımdı".

 

Qeyd edək ki, Srna 2003-cü ildən "Şaxtyor"da çıxış edir.

 

Xəbər xətti