"Beşiktaş" 3 xal qazandığı oyunda 2 futbolçusunu itirdi

00:41 - 17 Yanvar 2017

Türkiyə Super Liqasında 17-ci tura bu gecə baş tutan bir qarşılaşma ilə yekun vurulub.

 

Sportal.az xəbər verir ki, turun son oyununda "Beşiktaş" Ankarada "Osmanlıspor"un qonağı olub. Matç İstanbul nəhənginin 2 - 0 hesablı qələbəsi ilə başa çatıb.

 

"Ağ-qaralar" bu görüşdə iki futbolçusunu itirib. Belə ki, 62-ci dəqiqədə zədələnən Gökhan Gönül oyunu davam etdirə bilməyib. 79-cu dəqiqədə isə "qara qartallar"ın yeni transferi Rayan Babel zədələnərək meydanı tərk edib. Hər iki futbolçunun durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.

Xəbər xətti