"Mançester Siti" braziliyalı hücumçu transfer etdi

18:08 - 19 Yanvar 2017

"Mançester Siti" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Braziliyanın "Palmeyras" klubunundan Qabriel Xesusu transfer edib. "Sambaçı" ilə 4 illik müqavilə imzalanıb. Bu barədə məlumat klubun rəsmi saytından verilib.

 

Bu transfer üçün "şəhərlilər" Braziliya klubuna 27 milyon funt sterlin ödəyəcək.Gənc forvard yeni komandasında 33 nömrəli formanı geyəcək.

 

Qeyd edək ki, 20 yaşlı hücumçu ötən mövsüm "Palmeyras"ın heyətində meydana çıxdığı 47 oyunda 16 dəfə fərqlənməyi bacarıb.

Xəbər xətti