Millimizin üzvü baş məşqçisiz qaldı

23:40 - 21 Yanvar 2017

Türkiyə Super Liqasında bu mövsüm 11-ci baş məşqçi istefası reallaşıb.

 

Sportal.az xəbər verir ki, millimizin futbolçusu Dəniz Yılmazın çıxış etdiyi "Bursaspor" klubu baş məşqçisi Hamza Hamzaoğlu ilə yollarını ayırdığını açıqlayıb. Buna "timsahlar"ın son oyunlarda uğursuz çıxış etməsi səbəb olub. Bu gün Super Liqanın XVIII turunda autsayder "Adanaspor"a məğlubiyyətdən sonra isə rəhbərlik təcrübəli çalışdırıcını göndərməyə qərar verib. 

 

Qeyd edək ki, "Bursaspor" 27 xalla 6-cı pillədə qərarlaşıb.


Əlavə edək ki, Dəniz Yılmaz Hamza Hamzaoğlunun ən güvəndiyi futbolçulardan biri idi. O, zədədən qayıtdıqdan sonra bütün çempionat oyunlarında forma geyinmişdi.

 

Xəbər xətti