"Adanaspor"un baş məşqçisindən Reynaldo açıqlaması: "Transferdə son mərhələyə gəlmişik"

19:01 - 25 Yanvar 2017

"Qarabağ"ın futbolçusu Reynaldonun Türkiyə Super Liqasında mübarizə aparan "Adanaspor" klubuna keçidi yekunlaşmaq üzrədi. 

 

Sportal.az xəbər verir ki, braziliyalı futbolçu yaxın günlərdə "Adanaspor"la rəsmi müqavilə imzalaya bilər. 

 

Bu barədə məlumatı Adana təmsilçisinin baş məşqçisi Levent Şahin verib. O, danışıqların yekunlaşmaq üzrə olduğunu deyib: "Reynaldonu hamı  tanıyır. Onun transferində son mərhələyə gəlmişik. Prezidentimizə də təşəkkür edirəm. İnanılmaz əmək sərf edir. İnşallah, xeyirlisi olar".

 

Qeyd edək ki, "Adanaspor"un Reynaldo üçün göndərdiyi ilk təklif Ağdam klubunu və "sambaçı"nı razı salmamışdı.

Xəbər xətti