İtaliya klubunda yeni baş məşqçi

00:59 - 27 Yanvar 2017

İtaliyanın “Palermo” klubu yeni baş məşqçiylə anlaşıb.

 

Sportal.az xəbər verir ki, Siciliya təmsilçisini bundan sonra uruqvaylı Dieqo Luis Lopes çalışdıracaq. Bu barədə məlumatı klubun saytı yayıb. Müqaviləyə əsasən, 42 yaşlı mütəxəssis 2018-ci ilin yayınadək Seria A komandasının “sükanı arxasında” olacaq.

 

Lopes bu postda Eucenio Korinini əvəz edib. Uruqvaylı mütəxəssis karyerası ərzində “Kalyari” və “Bolonya”nı çalışdırıb.

 

Dieqo Lopes “Palermo”nun cari mövsümdə Davide Ballardini, Roberto De Zerbi və Eucenio Korinidən sonra 4-cü baş məşqçisi olub.

Xəbər xətti