Baş məşqçi açıqladı: Ramil Şeydayev "Trabzonspor"da qalır?

14:37 - 30 Yanvar 2017

Milli komandamızın üzvü Ramil Şeydayevin Türkiyənin "Trabzosnpor" klubundakı gələcək taleyi sual altındadı.

 

Sportal.az xəbər verir ki, futbolçunun mövsümün sonuna qədər başqa bir komandaya icarəyə veriləcəyi deyilsə də, bu, hələlik reallaşmayıb. 

 

Qış transfer dönəminin başa çatmasına bir neçə gün qalmasını nəzərə alsaq, Şeydayevin "Trabzospor"da qalacağını da iddia etmək olar. Çünki Qara dəniz təmsilçisinin baş məşqçisi Əsrun Yanal heyətdə görmədiyi futbolçuların sırasına hücumçumuzun adını daxil etməyib. 

 

Belə ki, "bordo mavilər" Türkiyə Superliqasının XIX turunda "Qaziantepspor"u böyükhesabla məğlub edib - 4:0. Oyundan sonra göndəriləcək futbolçular haqda danışan baş məşqçi Ərsun Yanal bu fikirləri deyib:  "Serje Akakpo və Suk hazırda bizim futbolçularımızdı. Müqavilələri davam etdiyi üçün bizimlədirlər. Ancaq onların xidmətindən yararlanmağı düşünmürük. Yeni klub tapmaq üçün onlara kömək edəcəyik. Bir neçə gün vaxtımız var, gözləyirik".

 

Qeyd edək ki, "Trabzonspor"un prezidenti Muharrem Usta bir neçə gün öncə verdiyi açıqlamada gənc hücumçumuzu icarəyə verəcəklərini bildirmişdi. 

 

Xəbər xətti