"Sumqayıt" "Qəbələ"nin futbolçusunu transfer etdi

17:18 - 30 Yanvar 2017

"Sumqayıt" mövsümlərarası fasilədə növbəti transferini reallaşdırıb. 

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, "kimyaçılar" "Qəbələ"nin futbolçusu  Ehtiram Şahverdiyevlə 2,5 illik müqavilə imzalayıb. Gənc hücumçu yeni komandasında 77 nömrəli formanı geyəcək.

 

Qeyd edək ki, "Qəbələ"nin yetirməsi olan 20 yaşlı hücumçu Azərbaycanın U-21 millisinin də üzvüdür.

Xəbər xətti