Nurlan Novruzov "100-lüy"ə çatdı

11:47 - 6 Fevral 2017

“Zirə”nin futbolçusu Nurlan Novruzov Azərbaycan çempionatlarında 25-ci qolunu vurub.

 

Sportal.az xəbər verir ki, hücumçunun yubiley qolu Topaz Premyer Liqasının XVI turuna təsadüf edib. “Kəpəz”lə görüşdə komandasına 1:0 hesablı qələbə qazandıran qola imza atan forvard mövsümdə 1-ci, karyerasında 25-ci çempionat qoluna imza atıb. Nurlan buna 114-cü matçında nail olub. “Zirə”dəki 39 qarşılaşmada 4 dəfə rəqib qapısına yol tapan futbolçu daha iki komandada çıxış edib. “Bakı”da 60 matçda 20, “Sumqayıt”da isə 15 görüşdə 1 dəfə fərqlənib.

 

O, 25 qol vuran 106-cı futbolçu olub. Nurlan bombardirlər siyahısında ilk “100-lüy”ün son sıralarına – 97-106-cı yerlərə şərik olan 10 futbolçudan biridir.

 

Xatırladaq ki, Nurlan ilk qolunu 2011/12 mövsümündə vurub. O, XIX turun 2012-ci il martın 7-də keçirilən “Neftçi” ilə ev oyununun (1:3) 87-ci dəqiqəsində fərqlənib. (PFL)

Xəbər xətti