Qış transfer pəncərəsinin lideri Fransa oldu

18:42 - 10 Fevral 2017

Avropada qış transfer pəncərəsi zamanı ölkələrin futbolçulara ödədiyə ümumi məbləğ məlum olub.

 

Sportal.az xəbər verir ki, qitənin 5 böyük çempionatı olan İngiltərə, İspaniya, Almaniya, İtaliya və Fransa klubları ümumilikdə transferlərə 801 milyon avro xərcləyib. Qış transfer pəncərəsinin lideri isə Memfis Depay, Julian Draksler, Dmitri Paye kimi futbolçuların keçidinə 175 milyon avro sərf edən Fransa olub.

 

Fransa 1-ci Liqa klublarından PSJ Draksler və Qonsalo Quedes üçün 65 milyon avro ödəyib. "Marsel" sabiq futbolçusu Dmitri Payeni 30 milyon avro qarşılığında yenidən heyətinə cəlb edərkən, "Lion" Depayı 18,5 milyon avroya transfer edib.

Xəbər xətti