Roman Qriqorçuk: "Luçesku haqda yalnız yaxşı şeylər danışa bilərəm"

13:33 - 13 Fevral 2017

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Rusiya mətbuatına müsahibə verib.

 

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis Avropa Liqasının 1/8 final mərhələsinin “Zenit” – “Anderlext” cütlüyü barədə “Sport uik-end” nəşrinə müsahibəsində komandaların şanslarını dəyərləndirib:


“Anderlext" ciddi rəqibdir. "Qəbələ" ilə eyni qrupda mübarizə aparıb. Amma "Zenit" cütün favoritidir. Onlar bütün göstəricilərdə rəqiblərini üstələyirlər. “Zenit”in yaxşı nəticə əldə etməsi üçün bütün imkanı var”.


"Zenit"in baş məşqçisi Mirça Luçesku barədə də danışan Qriqorçuk bu məşqçi ilə hələ Ukraynada işləyəkdən rəqib kimi qarşılaşdığını söyləyib:

 

"Luçesku haqda yalnız yaxşı şeylər danışa bilərəm. O, “Şaxtyor”da işləyəndə komandasını elə qurmuşdu ki, mənə əvvəlcədən hər şey aydın olurdu. Yəni, rəqib necə oynayacaq və səni nə gözləyir. Taktiki mənada təşkilatlanmış oyunları vardı. Həm də futbolçularının fərdi ustalığına görə “Şaxtyor”un Ukrayna çempionatında yaxşı nailiyyətləri olurdu”.

 

Xəbər xətti