Eltun Yaqublu: "Çalışacağıq qələbələrin davamı gəlsin"

17:41 - 14 Fevral 2017

"Səbail"in yeni transferi və MOİK-lə oyunda ikinci qolunun müəllifi olan Eltun Yaqublu klubun rəsmi "Facebook" səhifəsinə açıqlamalar verib.

 

Sportal.az xəbər verir ki, o, qələbələrin davamını gətirməyə çalışacaqlarını bildirib:

 

"Ağır oyun olacağını bilirdik. Təlim-məşq toplanışı zamanı da bu qarşılaşmanın çətin keçəcəyini başa düşürdük. Bu səbəbdən oyuna çox yaxşı hazırlaşmışdıq. Komanda olaraq bu gün meydanda əzmlə mübarizə apardıq. Fikrimcə, rəqibi təkcə hesabda yox, oyun planında da üstələdik. Sevinirəm ki, debüt oyunumda qol hesabımı açdım. Qolu kimin vurmasından asılı olmayaraq, əsas olan komandanın qələbəsidir. Çalışacağıq qələbələrin davamı gəlsin".

Xəbər xətti