"Bavariya" "Arsenal"la matça itkilərlə çıxacaq

20:08 - 14 Fevral 2017

Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində "Arsenal"la qarşılaşacaq "Bavariya"nın heyətində ciddi itkilər var.

 

Sportal.az xəbər verir ki, bu matçda iştirak edəcəyi gözlənilən Frank Riberi komandanın son məşqində iştirak etməyib. Fransız futbolçu vacib qarşılaşmada komandasına kömək edə bilməyəcək. Riberidən başqa zədəli olan Jerom Boatenq də "Arsenal"a qarşı oynamayacaq.

 

Qeyd edək ki, "Bavariya" - "Arsenal" matçı sabah Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Xəbər xətti