Mustafa Dənizlinin yeni iş yeri məlum oldu

15:54 - 15 Fevral 2017

"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mustafa Dənizlinin yeni iş yeri məlum olub.

 

Sportal.az xəbər verir ki, 67 yaşlı mütəxəssis Türkiyə I Liqasında mübarizə aparan "Əskişəhərspor"u çalışdıracaq.

 

Təcrübəli çalışdırıcı istefaya göndərilən Alpay Özalanı əvəzləyəcək.

 

Qeyd edək ki, "Əskişəhərspor" 20 turdan sonra 35 xalla 4-cü pillədə qərarlaşıb.

 

Xatırladaq ki, 2013-14 mövsümündə "Xəzər Lənkəran"ı çalışdırmış türkiyəli mütəxəssisin məşqçi kimi sonuncu komandası "Qalatasaray" olub.

Xəbər xətti