"Turan Tovuz" "Zaqatala"nı məğlub edib liderliyini möhkəmləndirdi

17:22 - 16 Fevral 2017

Futbol üzrə Azərbaycan I Divizionunda 16-cı turun növbəti 3 oyunu keçirilib.

 

Sportal.az xəbər verir ki, lider "Turan Tovuz" ikinci pillədə olan "Zaqatala"nı qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2 - 1 hesablı qələbəsiylə başa çatıb.

 

Digər oyunların nəticələri belədir:

 

“Turan Tovuz” 2–1 “Zaqatala”
QOLLAR:
Rəhman Musayev, 14 (p.); İlkin Sadıqov, 88 - Emin Mehtiyev, 56

 

“Rəvan” 2–1 “Şəmkir”
QOLLAR:
Məhəmməd Alıyev, 24 (p.); 82 - Qeyrət Qənbərov, 38 (p.)

 

“Ağsu” 1–0 MOİK
QOL:
Elnur Səmədov, 63

Xəbər xətti