Martin Kaseresin yeni klubunun adı məlum oldu

16:04 - 17 Fevral 2017

Uruqvay millisinin üzvü Martin Kaseresin yeni klubunun adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı futbolçu karyerasını İngiltərədə davam etdirəcək. Son olaraq "Yuventus"da çıxış edən təcrübəli müdafiəçi Premyer Liqada mübarizə aparan "Sauthempton" klubu ilə müqavilə imzalayıb. Kaseres mövsümün sonuna qədər "Sauthempton"da çıxış edəcək. 

 

Kaseres keçidi haqda qısaca danışıb: "Seçimlər arasında ən yaxşı "Sauthampton" olduğunu düşündüm. Bu kluba transfer olduğum üçün sevinirəm".

 

Qeyd edək ki, Kaseres qış transfer dönəmində Tükiyənin "Trabzonspor" klubuna keçməyə yaxın olsa da, Qara dəniz təmsilçisi son anda onun transferindən imtina etmişdi.

Xəbər xətti