"Qəbələ" "Qarabağ"ı məğlub edərək lider oldu YENİLƏNİB

19:19 - 19 Fevral 2017

Bu gün Azərbaycan Premyer Liqasında 19-cu tura yekun vurulacaq. 

 

Sportal.az xəbər verir ki, bu gün daha 2 qarşılaşma baş tutacaq. Turun vaib oyunu Qəbələ keçiriləcək. Burada çempionluğa iddialı 2 komanda üz-üzə gələcək. Meydan sahibləri 3 xal qazanacaqları halda, "Qarabağ"la xalları bərabərləşdirərək şəxsi oyunlardakı üstünlük sayəsində lider olacaqlar. Ağdam klubu isə çətin səfərdən 3 xalla dönsə, çempionluq yolunda mühüm addım atmış olacaq. 

 

"Sumqayıt" isə öz meydanında çempionatın autsayderi AZAL-ı qəbul edəcək. 

 

15:00 “Sumqayıt” – AZAL  1:0

Qol: Yusif Nəbiyev, 13
Hakimlər: Rəhim Həsənov, Mehman Mahmudov, Cəmil Quliyev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Asim Xudiyev
“Kapital Bank Arena”

 

17:30 “Qəbələ” – “Qarabağ”  2:0

Qollar: Sergey Zenyov, 31, Filip Ozobiç, 69
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Azər Əsgərov, Ömər Paşayev
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Əli Hüseynov
Qəbələ şəhər stadionu

Xəbər xətti