Vaqif Cavadov AZAL-da debüt etdi, fitə basıldı

16:30 - 19 Fevral 2017

Millimizin sabiq üzvü Vaqif Cavadov AZAL-da debüt edib.

 

Sportal.az xəbər verir ki, "təyyarəçilər"in yeni transferi Azərbaycan Premyer Liqasının XIX turunda "Sumqayıt"la səfər oyununda meydana çıxıb. 

 

O, fasilədən sonra Rəşad Abdullayevin əvəzinə meydana daxil olub. Cavadov topa ilk toxunuşunda sabiq komandası "Sumqayıt"ın azarkeşləri tərəfindən fitə basılıb. 

 

Qeyd edək ki, Cavadov "Sumqayıt"dan baş məşçi Samir Abasovun oyun sisteminə uyğun gəlmədiyi üçün göndərilmişdi. 

Xəbər xətti